Neftin qiyməti kəskin artıb
15 İyun 2011 Çərşənbə 02:39
"Qara qızıl"ın bir barelinin qiyməti 99,37 dollara çatıb
ABŞ-dakı müsbət iqtisadi statistika fonunda ötən gün dünya bazarlarında neftin qiyməti kəskin artıb.
London birjasında “Brent Crude Oil” markalı neft 1,06 dollar bahalaşıb. Bu markadan olan “qara qızıl”ın bir barelinin qiyməti 120,16 dollara çatıb.
Nyu-York birjasında isə “Light Sweet Crude Oil” markalı neftin bir barelinin qiyməti 2,07 dollar artaraq, 99,37 dollara çatıb.
DOSTLARINLA PAYLAŞ: