Neftin qiyməti düşüb
29 İyul 2009 Çərşənbə 11:00
Qara qızıl 64 dollara təklif edilir

 

Dünya bazarında neftin qiyməti düşür. ANS PRESS-in Bloomberg agentliyinə istinadən verdiyi məlumata görə, London birjasında "Brent" markalı neftin qiyməti 69 dollar 52 sentə enib. Nyu Yorkda isə WTI markalı qara qızıl 66 dollar 64 sentə təklif edilir. "Azəri-Light" markalı Azərbaycan nefti isə iyulun 27-də hərraclarda 71 dollar 37 sentə satılıb.

Qeyd edək kİ, dünya birjalarında da neftin qiyməti ilə bağlı ziddiyyətli rəqəmlər səsləndirilir. Belə ki, ötən həftə Brent markalı neftin qiyməti 70 dolları keçsə də, WTI nefti 68 dollara satılırdı.

Qızılın unsiyası isə 940 dollar 60 sentədir. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar