Neftin qiyməti 105,6 dollara düşüb
25 Mart 2011 Cümə 02:55
Liviyadakı toqquşmalar “qara qızıl”ın qiymətində ziddiyyətli dəyişikliyə səbəb olub
Liviyadakı hərbi toqquşmalar və Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda dünya bazarında neftin qiymətində ziddiyyətli dəyişiklik qeydə alınıb.

London birjasında “Brent Crude Oil” markalı neft 0,17 dollar bahalaşıb. Bu markadan olan “qara qızıl”ın qiyməti 115,72 dollar təşkil edib.

Nyu-York birjasında isə “Light Sweet Crude Oil” markalı neftin bir barelinin qiyməti 0,15 dollar azalaraq, 105,6 dollara düşüb.

Qeyd edək ki, “Light Sweet Crude Oil” markalı neftin qiyməti 105,75 dollara çatmışdı. Bu, son 2,5 il ərzində ən yüksək göstərici idi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar