Neftin qiyməti 102,7 dollara çatdı
01 İyun 2011 Çərşənbə 02:49
Dolların zəifləməsi və investorların Yunaıstanla bağlı gözləntiləri “qara qızıl”ı bahalaşdırıb
Dolların zəifləməsi və investorların Avropa bölgəsi liderlərinin Yunaınstana borc böhranı ilə mübarizə çərçivəsində yeni maliyyə yardımı paketini təsdiqləyəcəyi ilə bağlı gözləntiləri fonunda dünya bazarlarında neftin qiyməti artıb.

London birjasında “Brent Crude Oil” markalı neftin bir bareli 2,05 dollar bahalaşıb. Bu markadan olan “qara qızıl”ın qiyməti 116,73 dollar təşkil edib.

Nyu-York birjasında isə “Light Sweet Crude Oil” markalı neftin bir barelinin qiyməti 2,11 dollar artaraq 102,7 dollara çatıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar