Bu gün Avstriyanın Paytaxtı Vyanada OPEC-in 152-ci konfransı keçirilib. İclasda dünyanın son illərin ən ağır böhranı ilə üzləşdiyi bir zamanda əksər OPEC üzvləri neftin bir barelinin qiymətinin 70 dollardan aşağı olmamalı olduğunu, qara qızılın hasilatının azaldılaraq, bir gündə milyon barelə çatdırılmalı olduğunu bildiriblər.
OPEC-in prezidenti Joze Botelyo de Vaskonselos da sənayeyə investisiya qoyuluşunu mümkün etmək üçün neftin qiymət səviyyəsini təhlükəsiz səviyyədə saxlamağı təklif edib. «Xam neftin qiyməti elə bir səviyyədədir ki, gələcək üçün investisiya strategiyasını dəstəkləmir. Bizim hədəfimiz bugün və sabahın bazarının maraqlarına xidmət etməkdir. Artıq 50-ilə yaxın müddətdir ki, təşkilatın bu cür çətinliklərin öhdəsindən gəlmək üçün təcrübəsi və müdrikliyi var».
Səudiyyə Ərəbistanın neft naziri Əli Əl Nuimi isə bəyan edib ki, OPEC-ə üzv ölkələr neft hasilatının həcminin azadılması, qara qızılın qiymətinin artmasına gətirib çıxaracaq və bu da dünya itisadiyyatına yeni nəfəs gətirə bilər.
Kartelə daxil olmayan Rusiya da neftin hasilatının azaldılmasının tərfdarı kimi çıxış edib. Rusiyanın baş nazirinin müavini İqor Seçin Rusiyanın daxili bazara olan təlabatı artırmaq yolu ilə, neftin hasilatını azaldacağını vurğulayıb. Rusiyada bu ilin yanvar-fevral aylarında neftin hasilatı 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz- yəni, 1,5 milyon ton azaldılaraq, 78,5 milyon tona çatdırılıb. Rusiyalı nümayəndə bütün müstəqil neft ixracatçılarına qara qızılın qiymətinin sabitləşməsi prosesində iştirak etməyə çağırıb. Seçin, ilk növbədə bu prosesdə Azərbaycan, Qazaxıstan, Norveç və Braziliya kimi ölkələrin iştirakının vacibliyini vurğulayıb. Bu ölkələrin Rusiyadan də artıq neftin qiymətinin stabil və ədalətli olmasında maraqlı olduğunu deyən Seçin OPEC ölkələrinə neftin tədarükündə uzunmüddətli müqavilələlərə keçməyi təklif edib.
Qeyd edək ki, sentyabr ayından OPEC-in hasilatı azaltması haqqında qəbul etdiyi razılaşmaya əsasən gündəlik bazara çıxarılan neftin miqdarı 4.2 milyon barel azaldılıb. /ANS TV/