Neftin qiyməti bir neçə sent qalxıb
27 Oktyabr 2010 Çərşənbə 10:20
ABŞ valyutasının möhkəmlənməsi və bu ölkədə xammal neft ehtiyatlarının artması “qara qızılı”ın qiymətinə də təsir edib.
Dünya bazarlarında neftin qiyməti bir neçə sent qalxıb. Buna səbəb çərşənbə axşamı ABŞ valyutasının qismən möhkəmlənməsi və bu ölkədə xammal neft ehtiyatlarının artmasıdır.
Belə ki, dünən oktyabrın 26-da Nyu-Yorkun NYMEX (New York Merchantile Exchange) əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI (Light Sweet Crude Oil) neftinin ixracına dair dekabr müqaviləsinin dəyəri 0.03 dollar bahalaşaraq 1 barelə görə 82,55 dollar təşkil edib.
Bazar ertəsi ICE (InterContinental Exchange Futures) London qitələrarası birjasında dekabrda ixrac etməklə Brent Crude Oil markalı neftin 1 barelinin dəyəri isə 0.12 dollar qalxaraq 83,66 dollar təşkil edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: