Neftin qiyməti bahalaşır
03 Noyabr 2010 Çərşənbə 10:20
“Qara qızıl” neftin bahalaşması ABŞ valyutası məzənnəsinin qalxması ilə bağlıdır.
Çərşənbə axşamı dünya fond birjalarında neftin qiyməti qalxmaqda davam edib. “Qara qızıl”ın bahalaşmasına ABŞ valyutası məzənnəsinin qalxması və bu ölkənin Federal Rezerv Xidmətinin ölkə iqtisadiyyatını stimullaşdırması istiqamətində addımlar atacağı ilə bağlı yaranan şayiələrin yayılması səbəb olub.
Belə ki, noyabrın Nyu-Yorkun NYMEX (New York Merchantile Exchange) əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI (Light Sweet Crude Oil) neftinin ixracına dair dekabr müqaviləsinin dəyəri 0,95 dollar artaraq 1 barelə görə 83,90 dollar təşkil edib.
Dünən ICE (InterContinental Exchange Futures) London qitələrarası birjasında dekabrda ixrac etməklə Brent Crude Oil markalı neftin 1 barelinin dəyəri isə 0,79 dollar artaraq 85,41 dollar təşkil edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: