Neftin qiyməti altı ayda ən yüksək həddə çatıb
12 May 2009 Çərşənbə Axşamı 19:25
Neftin bahalaşmasında dollar kursunun zəifləməsinin də təsiri olub

 

Beynəlxalq fond birjalarında neftin qiyməti son 6 aydakı ən yüksək səviyyəyə çatıb. Belə ki, bu gün "Texas" nefti 59,49 dollara satılıb. London birjalarında "Brent" markalı neftin qiyməti isə 57,85 dollar olub.

Neftin bahalaşmasında dollar kursunun zəifləməsinin də təsiri olub. Həmçinin, Neft İxrac edən Ölkələr Birliyi - OPEK-in yenidən neft hasilatını azaltması barədə məlumat yayması da neftin qiymətinin artmasına təkan verib. Təşkilatın mayın 28-də Vyanada keçiriləcək növbəti sammitində sutkalıq neft hasilatının həcminin azaldılması barədə qərarın qəbul ediləcəyi gözlənilir. OPEK-in 2009-cu ilin mart ayında neft hasilatını azaltması göslənilsə də, qurum üzvləri hasilatı əvvəlki səviyyədə saxlamağa qərar vermişdilər. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar