Neftin qiyməti 88,86 dollara düşüb
21 Yanvar 2011 Cümə 04:10
Nyu-York birjasında “qara qızıl” birdən-birə 2 dollar ucuzlaşıb.
ABŞ Energetika Nazirliyinin ölkədə xammal ehtiyatının artması barədə məlumatından sonra, eləcə də Çində pul siyasətinin mümkün sərtləşdirilməsi barədə şayiələr fonunda ötən gün dünya bazarlarında neft ucuzlaşıb.

London birjasında “Brent Crude Oil” markalı neftin bir barelinin qiyməti 1,58 dollar azalaraq, 96,58 dollara düşüb.

Nyu-York birjasında isə “Light Sweet Crude Oil” markalı neftin qiyməti 2 dollar ucuzlaşıb. Bu markadan olan “qara qızıl”ın bir barelinin qiyməti 88,86 dollar təşkil edib.

Qeyd edək ki, yanvarın 14-nədək ABŞ-da neft ehtiyatları 2,6 milyon barel artıb. Baxmayaraq ki, bir çox analitiklər eştiyatların 2,3 milyon barel azalacağını gözləyirdilər. Ümumi benzin ehtiyatı isə 4,4 milyon barel və ya 1,9 faiz artıb və 227,67 milyon baerlə çatıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar