Neftin qiyməti 87,87 dollara düşdü
25 Yanvar 2011 Çərşənbə Axşamı 02:55
Nyu-York birjasında “qara qızıl 1,24 dollar ucuzlaşıb.
Dünya bazarlarında neftin qiyməti Səudiyyə Ərəbistanının neft nazirinin OPEK blkələri tərəfindən neft hasilatı həcminin artırıla biləcəyi barədə bəyanatı fonunda ucuzlaşıb.

London birjasında “Brent Crude Oil” markalı neftin bir barelinin qiyməti 0,99 dollar azalaraq, 96,61 dollara düşüb.

Nyu-York birxasında isə “Light Sweet Crude Oil” markalı neft 1,24 dollar ucuzlaşıb. Bu markadan olan “qara qızıl”ın bir barelinin qiyməti 87,87 dollar təşkil edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar