Neftin qiyməti 82,26 dollara düşdü
20 Avqust 2011 Şənbə 02:53
Ekspertlər bunu bir sıra amillərlə əlaqələndirirlər
Ötən gün Nyu-York birjasında WTI (Light Sweet Crude Oil) markalı neftin bir barelinin qiyməti 0,12 dollar azalaraq, 82,26 dollara enib.

Ümumilikdə isə ABŞ-da zəif iqtisadi statistika, eləcə də, Nigeriya və Liviyadan Avropaya neft nəqlinin dayandırılması, o cümlədən, Şimal dənizindəki qəza fonunda ötən gün dünya bazarlarında “qara qızıl”ın fərqli istiqamətlərdə dəyişib. Belə ki, London birjasında “Brent Crude Oil” markalı neftin qiymətində 1,63 dollarlıq artım qeydə alınıb. Bu markadan olan neftin bir barelinin qiyməti 108,62 dollar təşkil edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar