Neftin qiyməti 70 dollara yaxınlaşır
02 İyun 2009 Çərşənbə Axşamı 10:05
İyun 1-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair iyul müqaviləsinin dəyəri 2,27 dollar və ya 3,42% artaraq 1 barelə görə 68,58 dollar təşkil edib.
«APA-ECONOMICS»in məlumatına görə, iyunun 1-də ICE London qitələrarası birjasında iyulda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 2,45 dollar artaraq 67,97 dollar təşkil edib.
Dünya maliyyə bazarlarında iqtisadiyyatın bərpasına dair nikbinlik davam edir, nəticədə həm neft bazarlnda, həm fond bazarlarında yüksəlmə tendensiyalar yaranır. İyunun 1-də ABŞ-ın fond indeksləri orta hesabla 2,7%, Avropada isə 3,1% artıb ki, bu da investorlara, o cümlədən neft bazarının iştirakçılarına müsbət təsir edib.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar