Neftin qiyməti 69,41 dollara düşdü
19 May 2010 Çərşənbə 03:15
Ötən gün həm Nyu-York, həm də London birjasında “qara qızıl”ın bir bareli 67 sent ucuzlaşıb.
Ötən gün dünya bazarlarında neftin qiymətində azalma davam edir. İütəxəssislər bunu Avrozona ölkələrindəki böhranlı vəziyyət və avro-dollar cütlüyünün kursundakı tərəddüdlərlə əlaqələndirirlər.
London birjasında “Brent Crude Oil” markalı neft 0,67 dollar ucuzlaşıb. Bu markadan olan “qara qızıl”ın bir barelinin qiyməti 74,43 dollar təşkil edib.
Nyu-York birjasında isə “Light Sweet Crude Oil” markalı neftin bir barelinin qiyməti 0,67 dollar azalıb və 69,41 dollara düşüb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: