Dünya bazarında neftin qiyməti 63 dolları keçib. Nyu-York birjasında Texas nefti 62 dollar 92 sentə, Londonda Brent markalı neft 61 dollar 55 sentə olub. Azəri layt markalı Azərbaycan nefti dünənki hərraclarda 61 dollar 69 sentə satılıb. Neftin bahalşmasına Amerikada qara qızıla tələbatın artması ilə bağlı yayılan məlumatlar səbəb olub. Qeyd edək ki, sabah keçiriləcək OPEK-in növbəti toplantısında neft hasilatının dəyişidirilməsi məsələsi müzakirə olunacaq.
Maliyyə bazarlarında avronun məzənnəsi 1 dollar 38 sentə düşüb. Qızılın unsiyası 948 dollara ya qramı 30 dollar 58 sentə qədər ucuzlaşıb. /ANS TV/