Neftin qiyməti 2009-cu ildə maksimum həddə çatıb. "France Press" agentliyinin məlumatına görə, Texas markalı qara qızılın bir barelinin qiyməti 1,27 dollar artaraq 54,47 dollar, Brent markalı neft isə 54,58 dollar olub. Neftin qiymətinin artması analitiklərin fikrincə, ABŞ-ın fond birjasındakı canlanma ilə əlaqəlidir.
Birjalarda "Down Jones" indeksində də artım müşahidə edilib. "Down Jones" indeksi 2,67 faiz artaraq, 8431,68 bənd, "Nasdaq" isə 2,41 artaraq 1760,56 bəndə yüksəlib. S&P 500-də də 3,46 faiz artım qeydə alınıb. /ANS PRESS/