Neftin qiyməti 51 dolları keçib
09 Aprel 2009 Cümə Axşamı 15:35
Amerikada yanacaq ehtiyatlarının artması barədə məlumatlar belə qara qızılın bahalaşmasını dayandırmayıb

Dünya bazarında neftin qiyməti 4 faiz bahalaşaraq, 51 dolları keçib. Ən son məlumatlara görə, Nyu-Yorkda Texas nefti 51 dollar 11 sentə, Londonda Brent nefti 53 dollar 34 sentə təklif olunur. Azəri light markalı Azərbaycan nefti isə dünənki hərraclarda 51 dollar 73 sentə satılıb. Hətta Amerikada yanacaq ehtiyatlarının artması barədə məlumatlar da neftin bahalaşmasını dayandırmayıb. Maliyyə birjasında avro 1 dollar 32 sentə dəyişdirilir. Qızılın unsiyası 887 dollara və ya qramı 28 dollar 61 sentədir./ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar