Dünya bazarında neftin qiyməti 50 dollara düşüb. London birjasında «Brent» nefti 50 dollar 51 sentə, Nyu-Yorkda «Texas» nefti 50 dollar 41 sentə satılıb. Maliyyə bazarlarında avronun məzənəsi 1 dollar 31 sentə qədər ucuzlaşıb. Buna Avropa mərkəzi bankının uçot dərəcələrini azaldacağı barədə xəbərlər və fond bazarında indekslərin aşağı düşməsi səbəb olub. Birjalarda qızılın unsiyası 925 dollara, qramı 29 dollar 83 sentədir. /ANS TV/