Neftin qiyməti 4% artdı
08 Sentyabr 2011 Cümə Axşamı 02:36
“Li” qasırğası Meksika körfəzində neft və qaz hasilatını azaldıb
“Li” qasırğası təhlükəsi ilə əlaqədar istehsal həcminin azalması fonunda ötən gün Nyü-Yorkda neftin qiyüməti 3,9% artıb. Məlumatı “Bloomberg” agentliyi yayıb.

Nyu-York birjasında “Light Sweet Crude Oil” markalı neftin bir bareli 3,32 dollar və ya 3,9% bahalaşıb. Bu markadan olan “qara qızıl”ın bir barelinin qiyməti 89,34 dollar təşkil edib.

London birjasında isə “Brent Crude Oil” markalı neftin bir barelinin qiyməti 2,91 dollar və ya 2,6% faiz artaraq, 115,80 dollara çatıb.

Qeyd edək ki, “Li” qasırğası üzündən Meksika körfəzində neft hasilatı 60,5%, qaz hasilatı isə 41,6% azalıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar