Neftin qiyməti 0.5 dollar ucuzlaşıb
28 Oktyabr 2010 Cümə Axşamı 10:30
Dolların möhkəmlənməsi isə “qara qızıl”ı qiymətdən salır.
Dünya bazarlarında neftin qiyməti 0.5 dollar ucuzlaşıb. Buna səbəb ABŞ valyutası olan dolların məzənnəsinin möhkəmlənməsidir.
Belə ki, dünən oktyabrın 27-da Nyu-Yorkun NYMEX (New York Merchantile Exchange) əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI (Light Sweet Crude Oil) neftinin ixracına dair dekabr müqaviləsinin dəyəri 0.61 dollar düşərək 1 barelə görə 81,94 dollar təşkil edib.
Çərşənbə günü ICE (InterContinental Exchange Futures) London qitələrarası birjasında dekabrda ixrac etməklə Brent Crude Oil markalı neftin 1 barelinin dəyəri isə 0.43 dollar ucuzlaşaraq 83,23 dollar təşkil edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: