Neftin dünya qiymətlərində ciddi artım
29 Dekabr 2009 Çərşənbə Axşamı 01:55
“Qara qızıl”ın bir bareli Nyu-Yorkda 77,32 dollara, Londonda isə 78,77 dollara çatıb
Dünya bazarında ötən gün neftin qiyməti artıb. Mütəxəssislərin fikrincə, bu, soyuq havaların başlaması ilə əlaqədar ABŞ-da yanacağa olan tələbatın artması ilə əlaqədardır.

London birjasında “Brent Crude Oil” markalı neftin qiymətində 1,01 dollar artım baş verib və bu markadan olan “qara qızıl”ın bir barelinin qiyməti 77,32 dollara çatıb.

Nyu-York birjasında isə “Light Sweet Crude Oil” markalı neftin bir bareli 0,72 dollar bahalaşıb və 78,77 dollara satılıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar