Neft yenidən ucuzlaşdı
30 Oktyabr 2010 Şənbə 10:55
ABŞ iqtisadiyyatında mülayim pozitiv məlumatların olması “qara qızıl”ı qiymətdən salır.
Dünya fond birjalarında neftin qiyməti yenidən düşüb. Buna səbəb son günlər ABŞ iqtisadiyyatında mülayim müsbət məlumatların olmasıdır.
Belə ki, dünən oktyabrın 29-da Nyu-Yorkun NYMEX (New York Merchantile Exchange) əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI (Light Sweet Crude Oil) neftinin ixracına dair dekabr müqaviləsinin dəyəri 1.08 dollar düşərək 1 barelə görə 81,10 dollar təşkil edib.
Cümə günü keçirilən hərracda ICE (InterContinental Exchange Futures) London qitələrarası birjasında dekabrda ixrac etməklə Brent Crude Oil markalı neftin 1 barelinin dəyəri isə 0.44 dollar ucuzlaşaraq 83,14 dollar təşkil edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: