Neft ucuzlaşıb
24 Mart 2011 Cümə Axşamı 14:39
“WTI” markalı neft 0,12 faiz, "Brent" isə 0,03 faiz düşüb
Bu gün dünya xammal bazarlarında neftin qiyməti ucuzlaşıb. Nyu-Yorkun elektron satış birjalarında “WTI” (Light Sweet Crude Oil) neftinin bir barelinin aprel ayına olan fyuçerslərinin bareli 0,13 dollar və ya 0,12 faiz düşərək 104,84 dollara, "Brent" markalı neftin gələn aya olan fyuçerslərinin qiyməti 0,04 dollar və ya 0,03 faiz ucuzlaşaraq 115,66 dollara təklif edilib.
ABŞ-ın Energetika Nazirliyi ölkənin neft ehtiyatlarının həcminin gözlənildiyindən də artıq olduğunu açıqlayıb. Ölkədə neft ehtiyatlarına olan tələbat həftə ərzində 352,8 mln. barel, yanacağa olan tələbat isə gün ərzində 1 faiz qalxaraq 19,3 mln barel artıb. Bu, Amerikanın Energetika Nazirliyinin hesabatında bildirilir.
DOSTLARINLA PAYLAŞ: