Neft ucuzlaşıb
27 Noyabr 2010 Şənbə 03:25
Avropadakı borc böhranı “qara qızıl”ı dəyərdən salır
Ötən gün dünya bazarlarında neftin qiyməti qismən ucuzlaşıb. Mütəxəssislər bunu Amerika valyutasının kursunun artması və investorların Avropada borc böhranın dərinləşməsindən narahatlıqları ilə izah edirlər.

Nyu-York birjasında “Light Sweet Crude Oil” markalı neftin bir barelinin qiyməti 0,1 dollar azalıb və 83,76 dollara düşüb.

London birjasında isə “Brent Crude Oil” markalı neft 0,3 dollar ucuzlaşıb. Bu markadan olan “qara qızıl”ın qiyməti 85,8 dollar təşkil edib.

Qeyd edək ki, son vaxtlar Portuqaliyanın da İrlandiyanın ardınca maliyyə yardımına ehtiyacı olan ikinci avro zonası ölkəsinə çevrilə biləcəyi ilə bağlı narahatlıqlar var. Bəzi ekspertlərin fikrincə, İspaniya da bu tədbirə əl ata bilər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar