Neft ucuzlaşdı
31 Mart 2011 Cümə Axşamı 03:26
“Qara qızıl”ın bir barelinin qiyməti 104,27 dollara enib
ABŞ-da “qara qızıl” ehtiyatının armtası fonunda ötən gün dünya bazarlarında neft ucuzlaşıb. Məlumatı “Reuters” agentliyi yayıb.
London birjasında “Brent Crude Oil” markalı neftin bir barelinin qiyməti 0,03 dollar azalaraq, 115,13 dollara düşüb.
Nyu-York birjasında isə “Light Sweet Crude Oil” markalı neft 0,52 dollar ucuzlaşıb. Bu markadan olan “qara qızıl”ın bir barelinin qiyməti 104,27 dollar təşkil edib.
ABŞ Energetika Nazirliyinin məlumatına görə, martın 25-nədək ölkənin neft ehtiyatları (strateji ehtiyatlar istisna olmaqla) 2,94 milyon barel, və ya 0,8 faiz artaraq, 355,71 milyon barelə çatıb.
DOSTLARINLA PAYLAŞ: