Neft təxminən 6 faiz ucuzlaşdı
19 Avqust 2011 Cümə 03:03
“Qara qızıl”ın qiymətinə ABŞ-dakı zəif statistika təsir göstərib
ABŞ-dakı zəif iqtisadi statistika fonunda ötən gün dünya bazarlarında neft 3,2-5,9 faiz ucuzlaşıb.

London birjasında “Brent Crude Oil” markalı neftin bir barelinin qiyməti 3,61 dollar və ya 3,2 faiz ucuzlaşaraq, 106,99 dollara enib.

Nyu-York birjasında isə WTI (Light Sweet Crude Oil) markalı neft 5,20 dollar və ya 5,9 faiz ucuzlaşıb. Bu markadan olan “qara qızıl”ın bir barelinin qiyməti 82,38 dollar təşkil edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar