Neft qismən ucuzlaşdı
19 Mart 2011 Şənbə 03:33
“Qara qızıl”ın bir barelinin qiyməti 101,07 dollara düşüb
BMT Təhlükəsizlik Şurasının Liviya ilə bağlı qətnamə qəbul etməsi və bu ölkə hakimiyyətinin qiyamçılara qarşı atəşkəs elan etməsi fonunda ötən gün dünya bazarlarında neft ucuzlaşıb.

London birjasında “Brent Crude Oil” markalı neft 0,97 dollar ucuzlaşıb. Bu markadan olan “qara qızıl”ın bir barelinin qiyməti 113,93 dollar təşkil edib.

Nyu-York birjasında isə “Light Sweet Crude Oil” markalı neftin bir barelinin qiyməti 0,35 dollar azalaraq, 101,07 dollara düşüb.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının qətnaməsi qiyamçı qüvvələrinin bosbardmanının və dinc əhali arasında tələfatın qarşısını almaq üçün Liviya üzərində hava məkanının bağlanmasını nəzərdə tutur. Qətnamə Liviya aviasiyasının uçuşlarını qadağan edir və quru qoşunlarından istifadə istinsna olmaqla hərbi əməliyyatları mümkün sayır.

Liviya hakimiyyəti qətnamənin qəbulundan sonra qiyamçılara qarşı bütün hərbi əməliyyatların dayandırıldığını elan edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar