Neft okeanın hər iki tərəfində 2,5 dollar ucuzlaşdı
12 May 2011 Cümə Axşamı 02:07
“Qara qızıl”ın bir barelinin qiyməti London birjasında 115,16, Nyu-Yorkda 101,30 dollara enib
ABŞ-da neft və benzin ehtiyatının artması fonunda ötən gün Atlantik okeanın hər iki tərəfində “qara qızıl” 2,5 dollar ucuzlaşıb.
London birjasında neftin qiymətində 2,47 dollar ucuzlaşma qeydə alınıb. Birjada “qara qızıl”ın bir barelinin qiyməti 115,16 dollar təşkil edib.
Nyu-York birjasında isə neftin bir barelinin qiyməti 2,58 dollar ucuzlaşaraq, 101,30 dollara enib.
Ötən gün ABŞ Energetika Nazirliyinin açıqladığı məlumata görə, Birləşmiş Ştatlarda neft ehtiyatı 2,78 milyon barel artıb. Bu, ABŞ-da əsas enerji daşıyıcısına olan tələbatın azalmasının göstəricisi kimi dəyərləndirilir.
DOSTLARINLA PAYLAŞ: