Neft kəskin ucuzlaşdı
13 Noyabr 2010 Şənbə 03:40
“Qara qızıl”ın bir barelinin qiyməti 84,88 dollara düşüb.
Ötən gün dünya bazarlarında neftin bir barelinin qiyməti orta hesabla 2,5 dollar azalıb. Mütəxəssislər bunu investorların Çin hakimiyyətinin faiz dərəcələrini artıracağı, bununla da dünyanın iri enerji daşıyıcıları istehlakçısının iqtisadi artımının zəifləyəcəyindən ehtiyatlanması ilə əlaqələndirirlər.
Nyu-York birxasında “Light Sweet Crude Oil” markalı neftin bir barelinin qiyməti 2,93 dollar azalıb və 84,88 dollara düşüb.
London birjasında isə “Brent Crude Oil” markalı neft 2,47 dollar ucuzlaşıb. Bu markadan olan “qara qızıl”ın bir barelinin qiyməti 86,34 dollar təşkil edib.
Xatırladaq ki, bu həftə neftin dünya qiymətləri son iki ildə maksimal həddə çatmışdı. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: