Neft kəskin bahalaşıb
23 İyun 2011 Cümə Axşamı 02:56
Dünya bazarlarında “qara qızıl”ın qiymətində 1,24-3,26 dollar artım qeydə alınıb.
ABŞ-da neft ehtiyatının azalması fonunda ötən gün dünya bazarlarında “qara qızıl” kəskin bahalaşıb. Məlumatı “Bloomberg” agentliyi yayıb.

London birjasında “Brent Crude Oil” markalı neftin bir barelinin qiyməti 3,26 dollar artıb və 114,21 dollara çatıb.

Nyu-York birjasında isə “Light Sweet Crude Oil” markalı neft 1,24 dollar bahalaşıb. Bu markadan olan “qara qızıl”ın bir barelinin qiyməti 95,41 dollar təşkil edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar