Neft kəskin bahalaşdı
17 Fevral 2010 Çərşənbə 02:25
Neftin bir barelinin qiyməti 2,88-3,17 dollar artıb.
Ötən gün dünya bazarlarında neftin qiyməti əhəmiyyətli dərəcədə artıb. Mütəxəssislər bunu ABŞ-da müsbət iqtisadi statistika və Amerika valyutasının kursunun zəifləməsi ilə əlaqələndirirlər.

Nyu-York birjasında “Light Sweet Crude Oil” markalı neftin bir bareli 2,88 dollar bahalaşıb və 77,01 dollara çatıb.
London birjasında “Brent Crude Oil” markalı neftin qiyməti 3,17 dollar artıb. Bu markadan olan “qara qızıl”ın bir barelinin qiyməti 75,68 dollar təşkil edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar