Neft iyula 3 faizlik ucuzlaşma ilə başladı
02 İyul 2010 Cümə 02:50
“Qara qızıl”ın bir barelinin qiyməti Nyu-Yorkda 72,95, Londonda isə 72,34 dollara düşüb.
İyulun ilk günündə dünya bazarlarında neftin qiymətində 3 faizdən çox ucuzlaşma qeydə alınıb. Mütəxəssislər bunu Çində istehsalın həcmi ilə bağlı zəif məlumatlar, eləcə də investorların ABŞ-da iqtiadi artım məsələsindəki narahatlıqları ilə izah edirlər.

Nyu-York birjasında “Light Sweet Crude Oil” markalı neft 2,68 dollar ucuzlaşıb. Bu markadan olan “qara qızıl”ın bir barelinin qiyməti 72,95 dollar təşkil edib.

London birjasında isə “Brent Crude Oil” markalı neftin bir barelinin qiyməti 2,67 dollar azalaraq, 72,34 dollara düşüb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar