Neft həftəni ucuzlaşma ilə başa vurdu
09 İyul 2011 Şənbə 02:32
“Qara qızıl”ın bir barelinin qiyməti 96,20 dollara enib.
ABŞ-da işsizliklə bağlı stratexi məlumatların proqnozlardan da pis olması, eləcə də enerji daşıyıcılarına tələbatın artması ilə bağlı narahatlıqlar fonunda ötən gün dünya bazarlarında neft ucuzlaşıb.
London birjasında “Brent Crude Oil” markalı neftin bir barelinin qiyməti 0,26 dollar azalıb və 118,33 dollara düşüb.
Nyu-York birjasında isə “Light Sweet Crude Oil” markalı neft 2,47 dollar ucuzlaşıb. Bu markadan olan “qara qızıl”ın bir barelinin qiyməti 96,20 dollara təşkil edib.
Qeyd edək ki, yunda ABŞ-da işsizlik səviyyəsi artıb və 9,2% təşkil edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: