Neft həftəni kəskin qiymət artımı ilə başa vurdu
09 Aprel 2011 Şənbə 03:15
Nyu-York birjasında “qara qızıl”ın qiyməti 112,79 dollara çatdı
Dolların kursunun azalması fonunda ötən gün dünya bazarlarında neft kəskin bahalaşıb. Məlumatı “Reuters” agentliyi yayıb.

London birjasında “Brent Crude Oil” markalı neftin bir barelinin qiyməti 3,98 dollar artaraq, 126,65 dollara çatıb.

Nyu-York birjasında isə “Light Sweet Crude Oil” markalı neft 2,49 dollar bahalaşıb. Bu markadan olan “qara qızıl”ın bir barelinin qiyməti 112,79 dollar təşkil edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar