Neft həftəni kəskin başalaşma ilə başa vurdu
15 Oktyabr 2011 Şənbə 01:27
Dünya bazarlarında “qara qızıl” 3 faizdən çox bahalaşıb.
ABŞ-da pərakəndə neft satışı həcminin sentyabrda əhəmiyyətli dərəcədə artması fonunda ötən gün dünya baharlarında neftin qiyməti kəskin artıb.

Nyu-York birjasında “Light Sweet Crude Oil” markalı neftin qiyməti 2,57 dollar və ya 3,1 faiz artaraq, 86,80 dollara çatıb.

London birjasında isə “Brent Crude Oil” markalı “qara qızıl” 3,57 dollar və ya 3,2 faiz artıb. Bu markadan olan neftin bir barelinin qiyməti 114,68 dollar təşkil edib. ANSPRESS




DOSTLARINLA PAYLAŞ:

oyunlar