Neft həftəni bahalaşma ilə başa vurdu
27 Avqust 2011 Şənbə 03:11
“Qara qızıl”ın bir barelinin qiyməti 85,37 dollara çatıb
“Ayrin” qasırğasının ABŞ sahillərinə yaxınlaşması fonunda ötən gün dünya bazarlarında neft bahalaşıb. Məlumatı “Bloomberg” agentliyi yayıb.

London birjasında “Brent Crude Oil” markalı neftin bir barelinin qiyməti 0,74 dollar artaraq, 111,36 dollara çatıb.

Nyu-York birjasında isə “Light Sweet Crude Oil” markalı neft 0,07 dollar bahalaşıb. Bu markadan olan “qara qızıl”ın bir barelinin qiyməti 85,37 dollar təşkil edib.

Meteoroloqların məlumatına görə, “Ayrin” qasırğası ABŞ-ın bütün qərb sahillərini əhatə edəcək. Artıq bir neçə ştatın qubernatorları təcili xidmətlər üçün yüksək hazırlıq rejimi elan edib.

“Ayrin”in ABŞ sahillərinə şənbə günü səhər yaxınlaşacağı gözlənilir. Onun yolundakı ilk ştat Şimali Karolina olacaq. Qasırğanın ABŞ paytaxtına bazar günü çatacağı bildirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar