Neft həftəni bahalaşma ilə başa vurdu
05 Mart 2011 Şənbə 03:06
“Qara qızıl”ın bir barelinin qiyməti Londonda 115,97, Nyu-Yorkda 104,42 dollara çatıb.
Dünyanın iri neft ixracatçılarından olan Liviyada hakimiyyət tərəfdarlar və qiyamçılar arasında davam edən toqquşmalar fonunda ötən gün dünya bazarlarında neft bahalaşıb.
London birjasında “Brent Crude Oil” markalı neftin bir barelinin qiyməti 1,18 dollar artaraq, 115,97 dollara çatıb.
Nyu-York birjasında isə “Light Sweet Crude Oil” markalı neft 2,51 dollar bahalaşıb. Bu markadan olan “qara qızıl”ın bir barelinin qiyməti 104,42 dollara çatıb.
Xatırladaq ki, fevralın 15-dən Liviyanın əyalətlərində ölkəyə 40 ildən artıqdır rəhbərlik edən Müammər Qəddafinin istefası tələbi ilə etiraz aksiyaları keçirilir. Hüquq müdafiəçilərinin məlumatına görə, təhlükəsizlik və əcnəbi muzdlularla nümayişçilər arasında baş verən toqquşmalar zamanı təxminən 6000 nəfər həlak olub, minlərlə adam xəsarət alıb.
Hakimiyyət əleyhinə çıxışldar dalğası Yaxın Şərqin bir sıra ölkələrinə də keçib. Bu isə investorlar arasında bölgədən “qara qızıl” ixracında fasilələrin yarana biləcəyi ilə bağlı narahatlıq yaradır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: