Neft hasilatımız artır
30 Mart 2013 Şənbə 21:28
“Socar” brendi altında fəaliyyət göstərəcək yanacaq doldurma məntəqələrinin açılışı olub.

“Socar” brendi altında fəaliyyət göstərəcək yanacaq doldurma məntəqələrinin açılışı olub. Açılışda Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev də iştirak edib və şirkətin nümayəndələri iştirak edib.

Rövnəq Abdullayev Bakı-Quba-Rusiya sərhəddi yolunun 88-ci km-də yerləşən 15 və 16 saylı yanacaq doldurma məntəqələrinda yaradılmış şəraitlə tanış olub. Yeni məntəqələrdə müxtəlif xidmət sahələri fəaliyyət göstərir. Rövnəq Abdullayev jurnalistlərlə müsahibəsində ölkədə köhnə neft yataqlarının işlənməsiylə bağlı sualı cavablandırıb: “Bu proqrama görə də biz dəniz və quru yataqlarından neft istehsalının artıq stabilləşməsi yox, artımı proqramını həyata keçiririk. Bu dənizdə olan Neft Daşları və 28 may, Abşeron, Nərimanov yataqlarından neft istehsalı artımı və quruda olan neft yataqlarında hasilatın artması hesabına həyata keçiriləcək. Biz düşünürük ki,15-ci ilə 2 milyona qədər neft istehsalını artırmaq imkanı yaranacaq”.

Rövnəq Abdullayev bildirib ki, yeni proqramın həyata keçirilməsinə xeyli vəsait, yeni avadanlıqlar və yeni texnologiyalar tələb edir. ARDNŞ-in rəhbəri vurğulayıb ki, “Socar” bu işləri həyata keçirmək üçün bütün hazırlıqları görür.




DOSTLARINLA PAYLAŞ:

oyunlar