Neft hasilatı 65 min. tona çatacaq
21 Mart 2009 Şənbə 17:37
Natiq Əliyev: “Ötən il ölkədə 45 min. ton neft hasil edilsə də, 2010-cu ildə neft hasilatı 65 milyon tona çatacaq”
Ötən il ölkədə 45 min. ton neft hasil edilsə də, 2010-cu ildə neft hasilatı 65 milyon tona çatacaq”. Bunu OPEC-in növbəti konfransında çıxış edən sənaye və energetika naziri Natiq Əliyev deyib. “Fəaliyyət göstərən neft yataqlarında sübut olunmuş sənaye və hasil edilən ehtiyatlar 2,2 milyard ton neft təşkil edir və geoloji kəşfiyyat işlərinin uğuru nəticəsində 5 miliyarda qədər artırıla bilər”, - deyə N. Əliyev bildirib.
Konfrans çərçivəsində N.Əliyev OPEC-in baş katibi Abdulla Səlim əl-Bədri, OPEC-in Beynəlxalq Ýnkişaf Fondunun baş direktoru Süleyman əl-Hərbiş, Rusiyanın energetika naziri Sergey Þmatko və digər yüksəksəviyyəli nümayəndələrlə ikitərəfli işçi görüşləri keçirib.
Qeyd edək ki, bu ilin may ayınadək OPEC üzvü olan ölkələr arasında neft hasilatı kvotaları əvvəlki səviyyədə saxlanılıb. Təşkilatın mənzil qərargahının məlumatına görə, bu kvota gündəlik 24,84 min. barel təşkil edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar