Neft düşməkdə davam edir
23 Noyabr 2010 Çərşənbə Axşamı 11:35
Bu gün səhər dünya birjalarında WTI neftinin qiyməti 0,75 faiz, Brent isə 0.87 faiz düşüb
Bu gün dünya bazarlarında neftin qiyməti yenidən düşüb. “Qara qızıl”ın qiymətdən düşməsi davam edib desək, daha doğru olardı. Buna səbəb dolların məzənnəsinin qismən möhkəmlənməsi və Avropada, xüsusilə də İrlandiyada maliyyə böhranının daha da dərinləşməsidir.
Belə ki, bu gün - noyabrın 23-də Nyu-Yorkun NYMEX (New York Merchantile Exchange) əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI (Light Sweet Crude Oil) neftinin ixracına dair dekabr müqaviləsinin dəyəri 0,61 dollar və ya 0,75 faiz azalaraq 1 barelə görə 81,13 dollar təşkil edib.
Bu gün həmçinin İCE (InterContinental Exchange Futures) London qitələrarası birjasında yanvarda ixrac etməklə "Brent Crude Oil" markalı neftin 1 barelinin dəyəri isə 0,73 dollar və ya 0.87 faiz düşərək 83,23 dollar təşkil edib.
DOSTLARINLA PAYLAŞ: