"Neft Daşları"nda yeni quyu qazılır
21 Aprel 2011 Cümə Axşamı 16:36
Qazılan quyudan sutkada 5 ton neft hasil olunacaq.
“Neft Daşları” yatağındakı 2521 nömrəli platformadan növbəti 4-cü quyunun qazmasına başlanılıb. ANS PRESS-in ARDNŞ-ın rəsmi saytına istinadən verdiyi xəbərə görə, kompleks Qazma İşləri Trestinin “Neft Daşları” Dəniz Qazma İşləri İdarəsi tərəfindən Qala lay dəstəsinə qazılan 2524 nömrəli quyunun layihə dərinliyi 1440 metrdir.

Geoloqların hesablamalarına görə, “Neft Daşları” NQÇİ-nin sifarişi ilə qazılan quyudan sutkada 5 ton neft hasil olunacaq. Qeyd edək ki, 2521 nömrəli platformadan ümumilikdə 12 quyunun qazılması nəzərdə tutulub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar