Neft bir gündə 5,2% ucuzlaşdı
15 Dekabr 2011 Cümə Axşamı 01:17
Buna OPEK-in sutkalıq neft hasilatı kvotasının artırılması barədə qərarı səbəb olub.
Ötən gün dünya bazarlarında neftin qiyməti kəskin ucuzlaşıb. OPEK-in sutkalıq neft hasilatı kvotasının 30 milyon barelədək artırılması barədə qərarı fonunda “qara qızıl”ın qiymətində 4,4-5,2%-lik azalma qeydə alınıb. Məlumatı “Bloomberg” agentliyi yayıb.
London birjasında “Brent Crude Oil” markalı neft 4,82 dollar və ya 4,4% ucuzlaşıb. Bu markadan olan “qara qızıl”ın bir barelinin qiyməti 104,68 dollara enib.
Nyu-York birjasında isə “Light Sweet Crude Oil” markalı neftin bir barelinin qiyməti 5,19 dollar və ya 5,2% azalaraq, 94,95 dollara enib.
DOSTLARINLA PAYLAŞ: