Neft bir gündə 3%-dən çox bahalaşdı
12 Avqust 2011 Cümə 04:29
Bu, ABŞ-ın əmək bazarındakı müsbət statistika ilə əlaqələndirilir
Ötən Nyu-York birjasında WTI (Light Sweet Crude Oil) markalı neftin qiyməti 2,83 dollar və ya 3,4% bahalaşaraq, 85,72 dollara çatıb. Ekspertlər bu artımı ABŞ-ın əmək bazarındakı müsbət statistika ilə əlaqələndirirlər.

London birjasında isə ISE (InterContinental Exchange Futures) markalı neftin bir barelinin qiyməti 1,34 dollar və ya 1,3% artıb. Bu markadan olan “qara qızıl” 108,02 dollara satılıb.

Qeyd edək ki, avqustun 6-nadək ABŞ-da işsizlik müavinəti üçün müraciət edənlərin sayı 7 min nəfər azalıb. ABŞ Əmək Nazirliyinin məlumatına görə, həftə ərzində müavinət üçün müraciət edənlərin sayı 395 min nəfər təşkil edib. Statistika bazarlarda nikbinliyə səbəb olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar