Neft bazarında tərəddüd
14 İyul 2010 Çərşənbə 17:05
Nyu-Yorkda neft ucuzlaşıb, Londonda isə bahalaşıb.
Bu gün dünya bazarlarında neftin qiymətində qeyri-müəyyənlik yaranıb. ABŞ-ın neft məhsullarının ehtiyatı haqda məlumatların dəyişməsi Nyu-York və London birjalarında neftin qiymətinə təsir edib. Nyu-Yorkun elektron satış birjasında “WTI” (Light Sweet Crude Oil) markalı neftin bareli 0,37 dollar və ya 0,5 faiz ucuzlaşaraq 76,78 dollara düşüb. Londonda isə “Brent” markalı neftin bir bareli 0,5 faiz və ya 0,34 dollar bahalaşaraq 76,27 dollara təklif edilib. Ötən gün isə Amerikanın "WTI” brendi 77, 15 dollara satılmışdı.

Amerika Neft İnstitutunun məlumatlarına əsasən, ötən həftə Birləşmiş Ştatların neft, benzin və distillə olunmuş ehtiyatları artıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar