Neft bazarında fəallıq
01 Oktyabr 2010 Cümə 18:40
Çin və ABŞ-dan gələn statistik məlumatlar neft qiymətlərinin bahalaşmasına səbəb olub.
Çin və ABŞ-dan verilən pozitiv statistik məlumatlar bu gün neft birjalarında qiymətlərin bahalaşmasına səbəb olub. “WTI” (Light Sweet Crude Oil) markalı neftin barelinin noyabr ayına olan fyuçerslərinin qiyməti Nyu-York elektron satış birjalarında 0,94 dollar və ya 1,18% bahalaşaraq 80,91 dollara, Londonda isə “Brent” markalı neftin barelinin 0,71 dollar və ya 0,86% qalxaraq 83,02 dollara təklif edilib.
Neft bazarına əsas təsiredici amil Çinin sənaye istehsalı sahəsinin işçi indeksinin artması olub. Avqust ayında 53,8-ə çatan göstəricilər, ötən ay 51,7 olub. Analitikər isə müvafiq sahə üzrə artımın 52,5 olacağını proqnozlaşdırmışdılar. Bu göstəricilər neft bazarında sərmayədarların neftə olan etibarlarının artmasına səbəb olub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: