Neft bahalaşmaqda davam edir
05 Noyabr 2010 Cümə 02:40
Avropa birjasında “qara qızıl”ın bir barelinin qiyməti 88 dollara çatıb.
Ötən gün dünya bazarlarında neftin qiyməti artıb. Mütəxəssislər bunu Amerika dollarının kursunun aşağı düşməsi ilə əlaqələndirirlər.
Nyu-York birjasında “Light Sweet Crude Oil” markalı neftin bir barelinin qiyməti 1,80 dollar artıb və 86,49 dollara çatıb.
London birjasında isə “Brent Crude Oil” markalı neft 1,62 dollar bahalaşıb. Bu markadan olan “qara qızıl”ın bir barelinin qiyməti 88 dollar təşkil edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: