Dünya bazarında neft bahalaşır. Ən son məlumatlara görə, Nyu-York əmtəə birjasında, "Texas" nefti 47 dollar 97 sentə, Londonda isə "Brent" markalı qara qızıl 47 dollar 25 sentə təklif olunur. "Azəri layt" markalı Azərbaycan neftinin 1 barreli isə, martın 16-da keçirilmiş hərraclarda 46 dollar 95 sentə satılıb.
Maliyyə bazarlarında 1 avro 1 dollar 30 sentə dəyişdirilir. Qızılın unsiyası isə 917 dollara və yaxud qramı 29 dollar 61 sentdir./ANS TV/