Neft bahalaşıb
19 İyul 2010 Bazar Ertəsi 17:55
BVF-in planları "qara qızıl" bazarında sıçrayışa səbəb olub.
Həftə neft bazarı üçün uğurla başlayıb. Belə ki, dolların ucuzlaşması və BVF-in böhran əleyhinə kreditlərin artırılmasına dair məlumatları neft bazarının fəallaşmasına səbəb olub. "WTI” (Light Sweet Crude Oil) markalı neftin bareli Nyu-York birjasında 0,17 dollar qalxaraq 76,18 dollara təklif edilib, Londonda isə “Brent” brendinin bareli 0,67 dollar və ya 0,9 faiz bahalaşaraq 75, 22 dollar təşkil edib.
Qeyd edək ki, Beynəlxalq Valyuta Fondu noyabr ayında G20 sammitindən 750 milyard dollarlıq antiböhran kreditini 1 trilyona dollara çatdırmaq təklifi ilə çıxış etməyi planlaşdırır.
Bundan başqa dolların avroya nisbətən ucuzlaşması da neftin qiymətinə təsir edib. Belə ki, 1 dollar 1,2952 avroya təklif edilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: