Neft bahalaşdı
24 Avqust 2011 Çərşənbə 02:58
“Qara qızıl”ın bir barelinin qiymətində 0,95-1,02 dollar artım olub
ABŞ hökumətinin blkə iqtisadiyyatının stimullaşdırılması tədbirləri ilə bağlı bəyanatından sonra investorların gözləntiləri fonunda ötən gün dünya bazarlarında neft bahalaşıb. Məlumatı “Reuters” agentliyi yayıb.

London birjasında “Brent Crude Oil” markalı neftin bir barelinin qiyməti 0,95 dollar artaraq, 109,31 dollara çatıb.

Nyu-York birjasında isə “Light Sweet Crude Oil” markalı neft 1,02 dollar bahalaşıb. Bu markadan olan “qara qızıl”ın bir barelinin qiyməti 85,44 dollar təşkil edib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar