Neft bahalaşdı
11 May 2011 Çərşənbə 02:40
“Qara qızıl”ın qiyməti 103,88 dollara çatıb
Leysan yağışları nəticəsində Missisipi çayındakı daşqınların neft emalı zavodlarının fəaliyyətinə təsir edə biləcəyi ilə bağlı narahatlıqlar fonunda ötən gün dünya bazarlarında neft bahalaşıb. Məlumatı “Associated Press” agentliyi yayıb.

London birjasında “Brent Crude Oil” markalı neftin bir barelinin qiyməti 1,73 dollar artıb və 117,63 dollara çatıb.

Nyu-York birjasında isə “Light Sweet Crude Oil” markalı neftin qiymətində 1,33 dollar artım müşahidə olunub. Bu markadan olan “qara qızıl”ın bir barelinin qiyməti 103,88 dollar təşkil edib.

Xatırladaq ki, ABŞ-dakı Missisipi çayında suyun səviyyəsi artaraq, yaxın günlərdə rekord həddə çata bilər. Bölgədən minlərlə adam evakuasiya edilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar