Neft bahalaşdı
11 May 2010 Çərşənbə Axşamı 03:10
Maliyyə sabitləşməsi fondunun yaradırması barədə qərar “qara qızıl”ın qiymətinə təsir edib.
Ötən gün dünya bazarlarında neftin qiyməti artıb. Mütəxəssislər bunu Avropa qrupu ölkələri və Beynəlxalq Valyuta Fondunun həcmi 750 milyard avroya çata biləcəyi maliyyə sabitləşməsi fondunun yaradırması barədə qərarı ilə əlaqələndirirlər.

London birjasında “Brent Crude Oil” markalı neft 1,85 dollar bahalaşıb. Bu markadan olan “qara qızıl”ın qiyməti 80,12 dollar təşkil edib.

Nyu-York birjasında isə “Light Sweet Crude Oil” markalı neftin bir barelinin qiyməti 1,69 dollar artıb və 78,51 dollara çatıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar